Kardelen'i DergiKapinda.com sitesinden satın alabilirsiniz.        Ali Erdal'ın yeni kitabı TÜRK KİMLİĞİ çıktı        Kardelen Twitter'da...        Kardelen 32 Yaşında!..       
    Yorum Ekle     528 kez okundu.     Henüz yorum bırakılmadı.     Yazara Mesaj

Oğru (Hırsız)
Eyvaz ZEYNELOV

  Sayı: 109 -

“Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı.

Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş ucalığı gətirməyən bir xüsusiyyətdir. Lakin ermənilərin oğurluğu adi yox, tayı-bərabəri olmayan, bənzərsiz oğurluqdur. Ən böyük oğurluqları da türklərdən elədikləridir. Ermənilər adlarımızı, musiqimizi, musiqi alətlərimizi, xalçalarımızı, abidələrimizi, yeməklərimizi, ən başlıcası, torpaqlarımızı oğurlamışdılar. Birdən yox, tədricən, tarix boyu, nəzərə çarpmadan, həm də qeyri-adi yollarla. Sonra da hamısını utanmaz-utanmaz, vicdansızcasına öz adlarına çıxmış, bizi danmışdılar… 

Ermənilərin namərdliyi məni hiddətləndirmişdi. Axırda hislərimi cilovlaya bilməyib bərkdən bağırdım:

−Pah atonnan! Bu ermənilər nə oğru xalq imiş!..

Elə bu zaman otaqda tək olmadığımı xatırladan cırıltı səsi eşitdim. Nənəmdi, divanda qurcalanırdı. Bayaqdan yarıuzanmış halda gözucu televizora baxırdı.

Handan-hana xəfifcə qımışaraq:

−Ermənilər binayi-qədimdən oğrudular, bala.

−Sən hardan bilirsən, ay nənə?

−sadəlövhlüklə soruşdum.

−Eh, mən onların dabbağda gönünə bələdəm! Amma bunları, sadəcə, bilmək yox, yaxşıca yadda saxlamaq lâzımdır, bala!..

Sonra nənəm mənə şahidi olduğu köhnə bir erməni oğurluğundan danışdı.

Baban kənd məktəbində dərs deyirdi. Sayılıb-seçilən tarix müəllimi idi.

Bir dəfə atan sinif yoldaşları ilə dağa çıxmışdı. Qayıdanda özü ilə bir bağlama gətirmişdi. İçi insan sümükləri, saxsı qab-qacaq qırıqları, qədim dəmir pullarla dolu idi. Hansısa mağaradan tapmışdılar.

Səhərisi baban atanı da özünə qoşub həmin mağaraya yollandı. Əlavə bir neçə məişət əşyası-filan da yığıb gətirdi. Onları səliqə ilə bir qutuya yerləşdirib mənə verdi:

−Arvad, — dedi, — bunu elə yerə qoy ki, uşaq-muşaq əli dəyməsin. Bakıya, Elmlər Akademiyasına aparacağam. Alimlərə göstərəcəyəm.

Savadsız arvad idim.

−A kişi, sür-sümük alimlərin nəyinə gərəkdi? Nə danışdığımı heç özüm də bilmirdim.

−Sənin belə şeylərdən başın çıxmaz, arvad. Bunlar adi, yaxın keçmişin sür-sümüyü deyil. Tarixdir! Həm də qədim tarixdir!..

Yenə heç nə qulağıma girmədi.

−Nədi, buna görə indi bir də durub burdan Bakıya gedəcəksən? Belə vacibdir, nə çoxdur Bakıya gedib-gələn, ver birinə aparsın də…

−Yox, bu işi hər adam yarıtmaz! Özüm getməliyəm. Gördüklərimi alimlərə ətraflı danışmalıyam. Onlarda maraq, həvəs oyatmalıyam. Yoxsa Allah bilir, alıb hara atacaqlar.

Qutunu qaldırıb şkafın üstünə qoydum. Baban bayıra çıxanda qapının ağzında erməni qonşumuz Siranuş arvadla az qala toqquşacaqdı. Demə, bayaqdan qapının dalında durub gizlicə bizə qulaq asırmış…

Tək qalanda Siranuş arvad hərləyib-fırlayıb məndən soruşdu:

−Qutudakı nədir?..

−Bekara şeydi.

−Bekara şeydisə, niyə göstərmirsən?

Arvadın inadkarlığı məni həm təəccübləndirdi, həm də cin atına mindirdi. Qutunu gətirib açdım.

−Hə, bax, gözüyün qurdu ölsün! Yoxsa gecə yuxunu qarışdırarsan.

Sür-sümüyü görən kimi Siranuşun çəkiləcəyini düşünürdüm. Əksinə oldu. Arvad sür-sümüyə, saxsı qırıqlarına, paslı dəmir pullara çox həris gözlərlə baxırdı.

Onları bir-bir o tərəf-bu tərəfinə çevirə-çevirə öz-özü ilə danışırmış kimi mızıldandı:

−Hə, doğrudan da, bunlar qədim erməni dövlətinin qalıqlarına oxşayır.

−Onu sənə kim dedi, ay Siranuş?

Mat-məəttəl soruşdum.

−İndicə ərinə sən demirdin? Özcə qulaqlarımla eşitdim.

Mənim də təəssübkeşliyim tutdu.

−Bəs onu eşitmədin ki, ermənilər bu torpaqlara dünən-srağagün gəliblər?

Hirslə qutunun qapağını örtüb ortalıqdan götürdüm.

Bakı səfərinə hazırlaşan baban səbirsizliklə yay tətilini gözləyirdi. Deyirdi, Akademiyadakı alimləri yığıb elimizə-obamıza gətirəcəyəm. Gəlib gəzib-dolansınlar, görüb-götürsünlər, araşdırsınlar. Tariximizin daha bir qaranlıq səhifəsini də işıqlandırsınlar. Bir daha erməniyə anlatsınlar ki, bu torpaqlar türk torpaqlarıdır…

Yay tətilinə az qalmışdı. Bir gün baxdım ki, qutu şkafın üstündə yoxdur. Fikirləşdim ki, yəqin, baban özü götürüb harasa qoyub. Babandan soruşan kimi barmağını dişlədi. Siranuş arvaddan şübhələndi.

−Havayıdan maraqlanmırmış, 

−Gərək qutunu açıb ona göstərməyəydin.

Saymazyana güldüm.

−A kişi, sən də oğru tapdın. Sür-sümük Siranuşun nəyinə gərəkdir?..

−Arvad, ermənini öz arşınınla ölçmə, — baban dedi. — Erməni bizim düşündüyümüzdən də bicdir. Elə şeylərin qədir-qiymətini yaxşı bilir…

Vallah, heç cür inanmırdım ki, Siranuş arvad qutudakılardan nəsə bir şey qana. Axı o da mənim kimi savadsızın biriydi. Bircə elə sür-sümüyü çatmırdı!..

Qaranəfəs Siranuşun üstünə qaçdım. Dili topuq çalsa da, heç nəyi boynuna almadı. Baban sözündə möhkəm adam idi. Siranuşu yoxlamaq üçün təzə bir qutu hazırladı. İçini də zir-zibillə doldurdu. Dedi, Siranuşa xəbər ver ki, kişi mağaradan keçən dəfəkindən də artıq sür-sümük, saxsı qırıqları, qədim pullar yığıb gətirib. Amma çalış, şübhələndirmə. Guya sözgəlişi ağzından qaçırdırsan…

Siranuşla qapı-qonşu, lap bir evli kimiydik. Qapımız qıfıl tanımazdı. Həmişə üzünə açıqdı. Evdə oldum-olmadım, haçan istəsə gələr, gedər, nə istəsə aparar, gətirərdi. Oğurluğunu-filanını da hələ görməmişdim…

Bir gün əvvəl Siranuşu aldatdım ki, qonaq gedəcəyik, ev-eşikdən göz olsun. Samanlıqda gizlənib erməni axçiyini güdməyə başladıq.

Siranuş özünü çox gözlətmədi. Arxayınca evə girib qutunu götürdü. Qoltuğuna vurub bayıra çıxanda qapının ağzında qəfildən yaxaladıq. Özünü itirdi. Qızarıb-bozardı. Çək-çevirdən, hədə-qorxudan sonra o biri qutunu da oğurladığını boynuna aldı. Arvadın hərəkətinə matım-mutum qurumuşdu.

−Bəs qutunu neynəmisən, harda gizlətmisən, ay imansız-dinsiz?

Baban ermənini təzədən sıxma-boğmaya saldı.

−Yerevandakı qardaşıma göndərmişəm,

Siranuşun qardaşı İrəvanda adlı-sanlı, məşhur alimdi. O, mağaradan tapılan şeylərin şəkillərini İrəvanda çıxan qəzetlərdə, jurnallarda çap etdirmişdi. Palazqulaq-palazqulaq məqalələr yazmışdı. Gündə bir televizora çıxıb, aləmə səs salmışdı ki, bəs tapdığı mağara (guya özü tapmışdı) qədim erməni məskənlərindəndir. Deməyəsən, bu torpaqların əzəli sakinləri ermənilər imiş. Moskva, dünya alimləri mağaraya baxmaq üçün tökülüb gəldilər, yazdılar, pozdular, axır çıxıb getdilər. Amma səs-səmirləri eşidilmədi. Elə bil qurbağa gölünə daş atmışdın.

−Səbəbini bilmədiniz, ay nənə?.. 

Maraq yenə üstün gəldi.

−Baban soraqlayıb hamısını öyrəndi. Vicdanlı alimlər uzun araşdırmalardan sonra aydınlaşdırmışdılar ki, mağara qədim türklərə məxsusdur. Erməni aliminin yazıb-pozduqları cəfəngiyyatdan başqa bir şey deyilmiş. Demə, Siranuşun qardaşı da elə bacısı ağıldaymış…

−Nənə, bəs sonra babam bizim alimləri Bakıdan çağırmadı?..

−Çağırdı, bala, amma ermənilər aranı qatdılar, bizi dədə-baba torpaqlarımızdan qovdular. Əvvəl Qarabağa pənah apardıq. Ermənilər Qarabağı da əlimizdən aldılar. Bakıda qərar tutduq. O torpaqların adı babanın son nəfəsində də dilindən düşmədi.

Nənəm dərindən köksünü ötürdü:

−Bilirsən, oğul balası, türkün ta qədim dövrlərdən bəri hər şeyi olub. Gözü-könlü tox yaşayıb. Erməni kimi heç nəyin həsrətini çəkməyib. Bəlkə, elə buna görə çox zaman sahib olduğunun qədir-qiymətini qədərincə bilməyib…

 


Bu yazıya yorum ekleyin

Adınız
E-posta Adresiniz
Yorumunuz
 

CAPTCHA


Resimdeki rakamları bu alana yazınız


Eklenen Yorumlar


Henız yorum bırakılmadı...
 
Oğru (Hırsız)... - Sayı 109
Tüm Yazıları

ASKIDA ABONELİK: Siz de "askıda abonelik kampanyası"na destek olmak ister misiniz?

Gelecek sayının konusu (120):
Doğumunun 120. yılında Üstat Necip Fazıl Kısakürek...

Son Eklenen Yorumlardan
 bosch professional gop 185-liBeylikler dönemini hatırlayalım, birbirlerine karşı üstünlük mücadelesi... Feyzi

 "Yürü kardeşim,Ayaklarına bir Kudüs gücü gelsin."Sen ve senin gibi şuurlu insanların sayıları bereke... Nilüfer Mihailoğlu

 Yüreğinize kaleminize sağlık kıymetli hocam. Allah hayırlı sağlıklı uzun ömürler versin.... Faruk AKTI

 kantarın topu olacak efendim ... Esra

  Gönlü klabi temiz abim kalemine sağlık başarılarının devamını diliyorum sevgiler saygılar ... Serkan yakar


Tüm gazetelerimizin toplam tirajı, 70milyon nüfusa karşılık, 3,5 milyon…
Elâlemin memleketinde tek gazete bile çift rakamlı tiraja sahip. Mesela Japonya’da günde 13 milyon satan gazete var.
Bizde nüfus artıyor, gazete tirajları yerinde sayıyor, hattâ azalıyor. Demek ki “basın” diye piyasaya sürülen kâğıt parçalarına millet güvenmiyor. Bu güvensizliğe rağmen basından ödleri kopanlara yazıklar olsun!
Kardelen: Sayı 1, Temmuz 1993
Kasem olsun!
Bir tufanın ardından: Filistin
Soykırım, Antisemitizm ve Filistin Üçgen
Deniz kabarıyor
Gazze günlüğü
Deniz kabarıyor
Kudüs... Ey Kudüs
Zeytin dalları altından meydan okuyuş
Fatih Sultan Mehmet (4)


Yavuz Sert - Bir tufanın ardından...
Yavuz Sert - Gazze biz ne öğretti...
Ali Erdal - Deniz kabarıyor
Kadir Bayrak - Vah benim halime!
Necip Fazıl Kısakürek - İç ve dış düşman – Y...
Bedran Yoldaş - Elinde taş küçük çoc...
Bedran Yoldaş - Zevâli yakındır zulm...
Ekrem Yılmaz - Kazandım vallahi!
Ekrem Yılmaz - Bitti kelimelerim
Ekrem Yılmaz - Mektup
Dergi Editörü - Üstün fikir
Site Editörü - Sosyal medyanın gücü
Necdet Uçak - Dünya malı
Necdet Uçak - Geldi geçti ömrüm be...
Kardelen Dergisi - Kardelenden haberler
M. Nihat Malkoç - Soykırım, Antisemiti...
M. Nihat Malkoç - Gazze günlüğü
Hızır İrfan Önder - Kasem olsun!
Zaimoğlu - Batı muradına erebil...
Mehmet Balcı - Köyüme gömün
Mehmet Balcı - Sevdam
Muhsin Hamdi Alkış - İsrail-SAMİRİ-oğulla...
İbrahim Şaşma - Kudüs Mektubu
Halis Arlıoğlu - Merhum Mehmet Akif i...
Murat Yaramaz - Hiç
İlkay Coşkun - Filistin
Zafer Nefer - Tas tarak
Özkan Aydoğan - Çocuk
İlknur Eskioğlu - Şehitlik oyunu
Yusuf Çelikler - Bu gidiş nereye?
Ayşe Yaz - Yağmur (Gazzenin çoc...
Bedir Acar - ‘İsrail bizi yenemez...
Hüma Sunguroğlu - Çınarın gölgesinde o...
Hüma Sunguroğlu - Zeytin dalları altın...
Abdullah Doğulu - Filistinde anne-çocu...
 
 
23 Mart 2005 tarihinden beri
 Ziyaretçi Sayısı Toplam : 13167322
 Bugün : 1330
 Tekil Ziyaretçi Sayısı Toplam : 605041
 Bugün : 82
 Tekil Ziyaretçi Sayısı (dün) Toplam : 398
 119. Sayıya Bırakılan Yorum Sayısı Toplam : 4
 Önceki Sayıya Bırakılan Yorum Sayısı Toplam : 6
Son Güncelleme: 21 Şubat 2024
Künye | Abonelik | İletişim