Yaz yağışı Nemət TAHİR Sayı:
102 -
Bir yaz səhərində görüşdük yenə
Köçdü ürəyimdən həsrətin qışı
Gözlərin ruhumu aldı əlimdən
Unuda bilmirəm odlu baxışı
Sevinib göz yaşı tökdü buludlar
Düzdü saçlarına bahar naxışı
Əl-ələ,göz-gözə islandıq birgə
Şahid oldu bizə bir yaz yağışı
|