ELƏ BU AXŞAM… Nemət TAHİR Sayı:
110 -
Gözlərimə işıq düşür,
Zülmət çöküb daxilimə.
Büvə düşmüş xalı kimi,
Sökülürəm ilmə-ilmə
Yaddaşımın çığırların
İtirmişəm,ot basıbdır.
Xəyallarım, arzularım
Məni yolda azdırıbdır.
Bu həsrətin qoxusu da,
Çin çıxmayan yuxusu da
Tək qalmağın qorxusu da
Yalnızlıqdan dəhşətlidir.
|