Edilen dualar Ülvi ƏLƏKBƏRZADƏ Sayı:
105 -
![](/resim/vars.png) Qorxu yoxdur gözümdə,
Nahaq yoxdur sözümdə,
Dayanmışam zamanın,
Zirehlənib, önündə.
Bir əlimdə qələmim,
Digərində silâhım.
Gördükcə haqqsızlığı,
Ucalır göyə ahım.
Közərib sinəm üstə,
bir qızcığazın səsi.
Ucalıbdır Allah’a,
Neçə körpə nəfəsi.
Edilən hər duadan,
bir ah-nalə yüksəlir.
Edilməmiş dualar,
Gecə yuxuma gəlir.
Ruhum sığmır bədənə,
Tökülür ayağımdan.
Bəzən də elə olur,
süzülür dodağımdan.
Ruhum ilişib qalıb,
Bilməm hansı buludda.
Görəsən, nə söyləsəm?!
Ruhum geri qayıdar.
Olanları unuda..
Arzular hey fırlanır,
Sərxoş küləklər kimi.
Duyğularım coşubdur,
Sevən ürəklər kimi.
Ümid-ümid varaqla,
Baxtımın yuxusunu.
Axtar sənə yazdığım,
Sevgimin qoxusunu.
Ətəyimdən tökülür,
misraların palçığı.
Əllərimə bulaşıb,
barmağıma dolaşıb,
Mələklərin yazdığı..
Dodağımda qan izi,
Biraz turş, biraz meyxoş.
Tapa bilsəm kimindir,
dodağdakı qan izi.
Bilsəmki arzulardan,
axıdılan qandır, bu,
Daha sonun düşünməm,
Deyərəm ki, buda xoş.
|