Sevgi notumuz Ülvi ƏLƏKBƏRZADƏ Sayı:
105 -
Üşüyürmü dodağın?
İntizar soyuğundan.
Gəl öpüm, gəl,ey gülüm!
Dodağın yuxusundan.
Biz tərəfdə buzların,
kirpiyidə donubdur.
Həsrətdən gözlərimə,
Sənin səsin dolubdur.
Son dəfə tutduğum əl,
tökülür baxışımdan.
Hər dəfə ağladıqca,
süzülən göz yaşımdan
İslanır, yanaqlarım.
Sənsiz keçən hər gecə,
diksinir yuxularım.
Sənsiz keçən hər gecə,
bərk-bərk qapımı döyür,
gizlənən qorxularım.
Misralar ələm-ələm
dolaşır varaqlara.
Sənsizliyin hər günü
tökülən ağ saçlarım
yapışır daraqlara..
Getdiyin o sonsuz yol,
dolaşır ayağıma.
bizim sevgi notumuz,
düzülübdür yaxama.
|