QƏLƏM Vahid ƏZİZ Sayı:
109 -
 Var ol ki,mənimlə çıxdın bu yaza,
indi bu yazı da yaz görək, Qələm!
aşıqlar güc versin sözə,avaza;
tar görək,kamança,saz görək, Qələm!
Hökmündə agaran saçın dənləri,
peşində ötüşən qaçdın günlərin,
sayı xeyli oldu namərd illərin,
neynəyib onlardan az görək, Qələm!?
Hər misran qəlbimdən süzülən gerçək,
qorxmadan nadandan,dedin-“Hücum çək!”,
qonaq da çağırsaq, mehman da getsək,
halal çörək görək, duz görək, Qələm!
Bəzən harayımız ərşə dayanıb,
eh, səndən o qədər tonqallar yanıb!
bədbəxt gözlərimiz elə yaranıb-
çətin ki, “əyrini”-”düz”-görək, Qələm!
Bilirdim-bəxtimə Tac olacaqsan,
fərq etməz- “tox”,yoxsa “ac” öləcəksən;
torpağa mənimlə gömüləcəksən-
başla, qəbrimizi qaz görək, QƏLƏM…
|