Sarışın payız Xuraman Hüseyn Sayı:
110 -
Qara buludlarla yaşmaqlandı günəş
yorğun göylərin
təri səpələndi yerə
etibarsız quşlar
günəşi axtarmağa getdi
qayğısız sərçələrin
səsi qarışdı
yağışın səsinə
sarışın payız
yenə küçədə dilənən uşağı
yırtıq ayaqqabılarından tanıdı...
|