Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan! Əli Rza XƏLƏFLİ Sayı:
109 -
Duman basan, çiskin çökən
gözlərimsən, Azərbaycan!
Əyim-əyim, büküm-büküm
dizlərimsən, Azərbaycan!
Sazın ruhu inciməsin, hər gələnə
saz olmusan,
Hər havaya çalınmısan, sazlarımsan,
Azərbaycan!
Qarabağın qara bəxti kösöv təki
qaralanda,
Sinəm üstə ocaq yanır,
közlərimsən, Azərbaycan!
…Qələm – qələm sınıq düşən
Xələflinin ürəyi qan,
Kəlmə-kəlmə qan ağlayan
sözlərimsən, Azərbaycan!
|