Qayçıquyruq qaranquş Əlişad CƏFƏROV Sayı:
96 -
Ağın başqa yanadı,
Bir yanadı qaran, quş.
Mənə xoş xəbər gətir,
Qayçıquyruq qaranquş.
Ağın da var, qaran da,
Niyə yoxdu sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş.
Qismətin bahar olsun,
Görməyəsən boran, qış.
Yazdan mənə köynək biç,
Qayçıquyruq qaranquş.
|