Güldüm… Gülüşüm də ağladı səni Şəfa VƏLİYEVA Sayı:
96 -
Güldüm…Gülüşüm də ağladı səni,
Saxta təbəssümüm könül həyası…
Əynimə yaraşmır qadın görkəmi,
Dodaqda səyriyən kədər boyası…
Dəyir pəncərəmə quşların səsi,
Çatmır qulağıma pıçıltıların…
Bu qırıq ürəyin ölmüş həvəsi,
Öldürüb bir qadın duyğularını…
Lal-dinməz susacaq taleyim yenə,
Boşanmış qadıntək boynu bükülüb.
Yas çadırı qurub hisslərim sənə,
Ehsan süfrəsinə ümid tökülüb…
Hər bəxtin qara kitabı
Sifətim nərgiz rəngində,
Duruşum bənövşə kimi…
|