MƏN HƏLƏ BİR CAVAN BULUD YAŞDAYAM Əkbər QOŞALI Sayı:
98 -
yeri qanlı-qanlı döydü yağışlar,
keçib damarımda axdılar mənim.
dəli arzularım döndü yağışa,
qayıdıb üstümə yağdılar mənim.
şimşək var—buludlar davaya düşdü.
damcılar oynadı havaya düşdüm.
mən eşqin əlinə havayı düşdüm,
onunçün yandırıb-yaxdılar məni.
mən hələ bir cavan bulud yaşdayam,
yağış olmadım ki, yağıb yaşayam.
bir göz var istədim baxıb yaşayam,
qoydular üz-üzə baxtınan – məni…
|