Apar məni doxsanlara Eyyub MEMMEDOV Sayı:
103 -
O dövrdə izim qalıb
Çox deyilmiş sözüm qalıb
Xatirəmdən ilham alıb,
Baxar könül oralara
Apar məni doxsanlara.
Yaşım onda azdı mənim
Heç olmazdı dərdim, qəmim
İstəyirəm indi gəlim
Qaçım-gedim doğmalara,
Apar məni doxsanlara.
Bayramları çox fərqliydi
Süfrələr bol-bəzəkliydi.
Adətlər də dəyərliydi
Bircə getsəm o çağlara,
Apar məni doxsanlara.
Televizor köhnə idi.
Düymələri də işləmirdi
Fəqət bizi bir tutardı
Hamı baxardı bir kanala,
Apar məni doxsanlara.
İndi fikrim xəyallarda
Arzum qalıb uzaqlarda.
Bir quş olub o dağlarda
Baxam bizim ocaqlara,
Apar məni doxsanlara.
|