Danış Hüseyn Arif Sayı:
109 -
Ey hərdən mənimlə üzbəüz olan,
Şəri bir yana qoy, xeyirdən danış.
Dərəyə, təpəyə salma özünü,
Laləli, nərgizli bir yerdən danış.
Öyüb yaxınını, söymə yadını,
Sınama hər yerdə qol-qanadını,
İki yüz şairin çəkmə adını,
Bircə ürək açan şeirdən danış.
Hanı sellər kimi coşub çağlayan
Sözün qüdrətini ellərə yayan
Hüseyni torpağa, suya bağlayan,
Arzudan, əməldən, fikirdən danış.
|