Şeir Hüseyn Arif Sayı:
109 -
 De kimə lâzımdır, nəyə gərəkdir,
Dostların könlünə yatmayan şeir!
Fəhlənin ruhunu qanadlandırıb,
Alimin ağlına batmayan şeir.
Yayın dağ ətrini, dəniz ətrini,
Qızılgül, göy sünbül, nərgiz ətrini,
Yaşarmı-torpağın təmiz ətrini,
Göylərin ətrinə qatmayan şeir!
Yaxında alışıb, uzaqda yansın,
Tüstüdə boğulub, ocaqda yansın,
Kitabda alışıb, varaqda yansın,
Bu evdən o evə çatmayan şeir.
|