İNSAN TƏK OLANDA AĞRIYIR ANCAQ Ziya Dilsuz Sayı:
114 -
Əgər bircə addım yaxınlaşsaydın,
Bütün uzaqları inkâr edərdim.
Eh, dönə bilsəydim ötən illərə,
Bütün səhvlərimi təkrar edərdim.
Xətt çəkə bilmirsən arzularına,
Arzular adamı hey çaşdırırmış.
Allahın adına söz çıxarıblar,
Guya sevənləri qovuşdururmuş.
Sən ki etibarsız birisən, amma
Şikâyət etmədim dönüklüyündən.
Qorxmadın həsrətin ən sərt şəklindən,
Qorxdun ümidimin böyüklüyündən.
Min ağrıkəsici ola, nə xeyri?
İçin səssiz-səssiz dərd daşıyacaq.
Ən kəskin ağrılar belə ağrıtmır,
İnsan tək olanda ağrıyır ancaq.
|