|
Adam olmaq derdi Vahid Aslan Sayı:
126 -
 Bu dünyanın əzəldən,
Namərdi var, mərdi var.
Şüşədən də kövrəyi,
Poladdan da sərti var.
Boşalmağın, dolmağın,
Açılmağın, solmağın,
Qeyri-adi olmağın,
Öz zəruri şərti var.
Ha nazlanıb gülə də,..
Etibar yox gülə də.
Çoxlarının hələ də
Adam olmaq dərdi var.
|