İnsan Vahid Aslan Sayı:
113 -
Təbiət sirlərlə dolu bir şəkil.
Duymaqçün qəlbinin gözünə çəkil!
Qarışqa özündən böyük yük çəkir,
Bu eşqə, həvəsə şükür elə, insan!
Güllər çəmənlikdə sevgi toxuyur.
Arı gülü öpür, bal gül qoxuyur.
Dərənin dibində bulaq oxuyur,
Dinlədiyin səsə şükür elə, insan!
Can desən, can deyər mamırlı qaya!
Bir içim sevgi ver havaya, suya!
Halallıq yolu ək, qoca dünyaya!
Aldığın nəfəsə şükür elə, insan
|