Sərsəm Şahanə MÜŞFİQ Sayı:
109 -
Oxuma son məktubumu,
Adında ayrılıq var.
Sənsiz içdiyim şərabın
Dadında ayrılıq var.
Payız qapıdan boylanır,
Ha gəldi, ha gələcək.
Tək yatmaq da bir zülümdü,
Üşüsən kim biləcək?!
Eşq yuxusu qəfil bitdi,
Hələ sərsəməm bir az.
Kaş ki, duman gözlərini
Görə biləydim bu yaz.
Bilsəm, bu qədər sevməzdim,
Sevgim özümə qaldı.
Hələ yaşanmamış eşqlər
Bir “OL!” sözünə qaldı.
|