SƏNİN NƏYİN QALACAQ Qafqaz ƏVƏZOĞLU Sayı:
102 -
(Bir varlı kimisi mənə
lağ edib, bu qədər yaşadın,
yığdığın var hanı, e?’ dedi.)
Mənə gülmə varınla,
Quru səyin qalacaq.
Elə bilmə həmişə,
Bəxtin yeyin qalacaq!
Gəl güvənmə nəfinə,
Soğan doğrar kefinə.
Büküləndə kəfənə,
Üryan əyin qalacaq!
Bir bəd şişdi xislətin,
Sağkən olsun hörmətin.
Yığdığın var-dövlətin –
Hər bir şeyin qalacaq!
Bilmirsən şeir nədi,
Dərd yüklü şair nədi…
Sənin nə vecinədi,
Kim ləlöyün qalacaq!
Demə olar xeyirim,
Qafqazla söz cevirim…
Mənim üç-dörd şeirim,
Sənin nəyin qalacaq?!
|