Şehidimin Son Sözleri Reşat Kazımov Sayı:
111 -
Mənə qucaq açan yurdum,
Sənə görə var olmuşdum.
Tarix məni sənə yazdı,
Uğurunda şəhid oldum.
Şəhid adım mübarəkdi,
İgidlərə bu qismətdi.
Tökülməsin gözyaşları,
Mükâfatım Şəhadətdir.
Torpağımla qovuşmuşam,
Sanılmasın yox olmuşam.
Mən Türk oğlu doğulmuşam,
Vətənimin uğurunda cənnətimi
qazanmışam.
Duysun məni qoca dünya,
Azərbaycan diyarımdı.
Qarabağım həmrəyliyim,
Bayrağımda Hilâlımdı.
Torpağımı al qanımla,
Qarışdırıb vətən etdim.
İşğal alta olan yurdu,
Qarış-qarış azad etdim.
Əmanətdi sizə torpaq,
Yadellilər zəbt etməsin.
Dalğalanan bayrağımız,
Səmalardan enməsin.
|