Bir de (mi) gelsin Rafiq Oday Sayı:
92 -
Uydum ulduzların ən qəlbisinə,
Çətin bu ulduzla bu qəlb isinə,
Nə qədər gəzdirsin daş qəlbi sinə?
Nə qədər dözsün ki, bir dəmi gəlsin?!
Uçurdun komanı dərdin əliylə,
Nə əkdin, özgənin dərdin əliylə,
Fələkdən kənar dur – derdin, – əliylə
Yaxandan tutmağa birdəmi gəlsin?
Gör neçə il uyduq yada, oynadıq,
Aldanıb bir quru ada, oynadıq,
Yetər, “do”da çaldıq, “fa”da oynadıq,
Dünya dağılmaz ki, bir də “mi” gəlsin!
|